146
logo

Virtual məkanda şagirdlər üçün “OYUNLARLA OXUYUB ANLAMA" layihəsi

  • Çərşənbə 28 Sentyabr 2022



Xəzər rayon 181 nömrəli tam orta məktəbdə Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsinin qalib layihəsi olan "Oyunlarla oxuyub anlama" layihəsinin ilkin təqdimatı keçirilib. 

Tədbirə Xəzər rayon ümumtəhsil məktəblərinin müəllim və rəhbər heyəti, rayon Mərkəzi Kitabxanasının nümayəndələri, ərazidə yerləşən işğaldan azad olunmuş məktəblərin müəllimləri iştirak edib. 

Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Günel Almuradova layihə ilə bağlı bildirdi ki, layihənin məqsədi ibtidai siniflərdə Azərbaycan dili fənninin oyun əsaslı təlim metodu ilə öyrədilməsini qarşıya məqsəd qoyub. Layihə çərçivəsində Xəzər rayon ərazisində fəaliyyət göstərən orta ümumtəhsil məktəblərinin müəllimləri ilə təcrübələrin bölüşülməsi və bu metodu necə icra edə biləcəkləri ilə bağlı təlimlərin təşkil ediləcəyini vurğuladı. Həmçinin müəllimlərə metodiki dəstək verilməsi üçün metodiki dəstək kitabının hazırlanmasını qeyd etdi. Bundan əlavə olaraq bildirdi ki, layihənin həyata keçiriləcək 4 ay müddətində I-IV sinif Azərbaycan dili dərsliklərini bütünlüklə əhatə edən elektronlaşdırılmış oyunlar qurulacaq və internet platformaları üzərindən hər kəsin istifadə edə biləcəyi şəkildə açıq resurs kimi də paylaşılacaq.

Daha sonra çıxış edən layihə komandasının üzvü təlimçi Ülviyyə Ələkbərova keçiriləcək təlimlərin əhəmiyyətindən danışaraq bildirdi ki, nəzərdə 40 nəfər müəllimə təlim keçirilməsi nəzərdə tutulsa da çoxsaylı müraciətlərin olmasını nəzərə alaraq ictimai əsaslarla əlavə bir təlim qrupunun yaradılmasını da nəzərdə tutulub. 

Layihəyə ekspert qismində dəvət edilmiş AMEA-nın doktorantı Nofəl Şirinov Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə həyta keçirdiyi qrant müsabiqələrinin əhəmiyyətindən danışaraq, yeni ideyaların hər zaman Elm və Təhsil Nazirliyi tərəfindən dəstəkləndiyini xüsusi ilə vurğulayaraq, müəllimlərin bu müsabiqələrə qoşulmasının təhsilimiz üçün əhəmiyyətindən danışdı. 

Həmçinin dəvət olunan digər qonaqlar da çıxış edərək layihənin əhəmiyyətini vurğuladılar.

Tədbirin sonunda görüş iştirakçılarının layihə ilə bağlı sualları cavablandırıldı.