146
logo

“Robot-Hello World” layihəsinin açılış mərasimi

  • Cümə 30 Sentyabr 2022



VI qrant müsabiqəsinin qalib layihələrdən biri də Şuşa rayon 10 nömrəli tam orta məktəbin  müəllimi Saleh İbrahimzadənin “ROBOT-Hello World ” layihəsidir. Layihə VEX Robotexnikanın təhsildə tətbiqi üzrə  fəaliyyət göstərir. 

28 sentyabr 2022 – ci il tarixində Şuşa rayon 7 nömrəli tam orta məktəbdə fəaliyyət planına uyğun olaraq layihənin açılış mərasimi keçirilib. Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni oxunub, Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. 

Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Saleh İbrahimzadə çıxış edərək layihənin məqsədini və uğurlu nəticə əldə edən şagirdlərin dünya robot olimpiadalarında iştirak etmələrinə dəstək olması barədə iştirakçılara geniş açıqlamalar verib.

Daha sonra layihənin eksperti, robotexnika və beynəlxalq dərəcəli Ramil Süleymanov çıxış edərək  mövcud layihənin şagirdlərə verəcəyi tövhələrdən və bu layihənin STEAM təlim texnologiyalarının bir qolu olmasını vurğulayıb. 

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.