146
logo

Öyrənmək çətin deyil!

  • Bazar 2 Oktyabr 2022



30 sentyabr 2022-ci il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin keçirdiyi VI qrant müsabiqəsinin qalibi  Soltanova Gülsən Rza qızının “Öyrənmək çətin deyil!” layihəsinin açılış tədbiri keçirilib.

Tədbirdə 28 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdləri, onların valideynləri, müəllim heyəti  layihə üzrə təlimlər aparacaq təlimçilər iştirak ediblər. 

Görüş zamanı layihənin əhəmiyyəti, riyaziyyatın həyatdakı aparıcı rolu, səriştəli müəllimin riyaziyyatın tədrisindəki əhəmiyyəti, riyaziyyatda çətinlik faktorları, differensial yanaşma, valideyn-məktəb əməkdaşlığına dair çıxışlar edilib, təqdimatlar və videolar nümayiş olunub.

Məktəbin direktoru Qənirə Əmircanova və digər qonaqlar da çıxış edərək layihənin əhəmiyyətini vurğuladılar.