Oxuyub-anlama bacarıqlarının qiymətləndirilməsi vasitəsi hazırlanır
Azərbaycan Respublikası Təhsil Nazirliyi "Təhsildə inkişaf və innovasiyalar "üzrə III qrant müsabiqəsi çərçivəsində qalib gəlmiş "Oxuyub-anlama bacarıqlarının qiymətləndirilməsi vasitəsi" adlı layihənin məqsədi III-IV sinif şagirdlərinin oxu vərdişlərinin formalaşdırılması, oxuyub-anlama, yazılı mətnlər üzərində işləmə bacarıqlarının inkişaf etdirilməsi, həmçinin oxuya dair açıq suallara düzgün cavab verilməsi, şagirdlərin beynəlxalq qiymətləndirmə tədqiqatlarına əsaslanan vəsaitlə təmin edilməsi məqsədilə beynəlxalq qiymətləndirmə tədqiqatlarına əsaslanan qiymətləndirmə vəsaitinin hazırlanmasıdır.
Layihənin icrası müddətində beynəlxalq təcrübədə ibtidai siniflərdə oxuyub-anlama bacarıqlarının qiymətləndirmə vasitələrinin araşdırılır və araşdırma nəticəsində əldə olunmuş mətnlərin mövcud 3 və 4-cü sinif dərsliklərindəki mətnlərlə müqayisəsi aparılır. Vəsaitdə bədii və elmi mətnlərə oxuyub-anlamanı qiymətləndirmək məqsədilə sual və tapşırıqlar yerləşdiriləcək. Layihə 9 ay müddətində Nahidə Əhmədova tərəfindən icra olunur.