146
logo

“Sabahın Rəqəmsal Texnoloqları” layihəsinin təqdimatı

  • Bazar ertəsi 3 Oktyabr 2022



30.09.2022-ci il tarixində Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Göygöl rayonu üzrə Təhsil Sektorunda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi” çərçivəsində icra olunan "Sabahın Rəqəmsal Texnoloqları" adlı layihənin təqdimat mərasimi keçirilib.

Tədbirdə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Göygöl rayonu üzrə Təhsil Sektorunun müdiri Elnur Qasımov, metodiki kabinetin müdiri Afət Ələkbərova, metodistlərdən Cəmilə Vəliyeva, Zülfiyyə Kamalova, Afət Hacıyeva, məktəb direktorları və təhsil ictimaiyyətinin nümayəndələri iştirak edib.

Dövlət Himninin sədaları altında başlayan tədbirdə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. 

Göygöl rayonu üzrə Təhsil Sektorunun müdiri Elnur Qasımov layihənin işinə uğurlar arzu edərək, layihənin rayon təhsili üçün önəmindən danışıb.

Layihə rəhbəri,Texniki,Təbiət Fənləri Təmayüllü liseyin direktoru Zəhra Zeynalova layihənin məqsədi və həyata keçiriləcək işlər barədə geniş məlumat verib. Qeyd etdi ki,layihənin məqsədi sinifdə stimullaşdırıcı və qabaqcıl təhsil təcrübəsindən istifadə etməklə,əyləncəli şəraitdə praktiki təcrübələr vasitəsilə dronlar,artırılmış və virtual reallıq,3D dizayn, 3D çap mövzularını rayonumuzun gənc zehinlərinə öyrədib,onları gələcəyin rəqəmsal texnoloqları kimi formalaşdırmaqdır.

Həmçinin digər qonaqlar da çıxış edərək layihə haqqında fikirlərini bildirdilər.