146
logo

VI qrant müsabiqəsi çərçivəsində layihələrin icrasına başlanılıb

  • Çərşənbə axşamı 4 Oktyabr 2022



 “Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi”ndə qrant qazanmış bütün layihələrlə müqavilələrin imzalanması prosesi başa çatıb və layihələrin icrasına başlanılıb. Bu proses zamanı 6 layihə üzrə müqavilənin imzalanması mümkün olmayıb. Yaranmış qənaət hesabına növbəti ən yüksək göstəricilərə malik 5 layihəyə qrant verilməsi məqsədəmüvafiq hesab edilib.

Qeyd edək ki, “Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi” Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsis edilib və 2017-ci ildən başlayaraq hər il ildə bir dəfə olmaqla həyata keçirilir.

Layihələrin icrası ilə bağlı məlumatlar mütəmadi olaraq müsabiqənin internet səhifəsində (grants.edu.az) və eyni zamanda  rəsmi "YouTube" kanalı ilə yanaşı, "Facebook" səhifəsində yayımlanır.