"Mikro:bit-balaca mühəndislər" layihəsinin açılış mərasimi
01.10.2022- ci il tarixində
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə İnkişaf və
İnnovasiyalar üzrə VI qrant müsabiqəsinin qalibi Şəki şəhər 18 nömrəli orta məktəbin
məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Anar Məmmədovun
"Mikro:bit-balaca mühəndislər" layihəsinin açılış mərasimi keçirilib.
Tədbirdə Şəki şəhər Təhsil sektorunun aparıcı məsləhətçisi
Pərviz Rəcəbov, Şəki şəhər 11 nömrəli tam orta məktəbin Uşaq Birliyi Təşkilatının
rəhbəri Arzu Əzizova, Şəki şəhər 18 nömrəli tam orta məktəbin rəhbər heyəti,
valideyinlər və şagirdlər iştirak ediblər.
Çıxış edənlər təhsil sahəsində aparılan
islahatlardan, qrant layihələrin, xüsusi ilə bu layihənin mahiyyətindən və
əhəmiyyətindən söz açıblar.
Qeyd edək ki, layihənin məqsədi 7 və 8-ci sinif
şagirdlərinə mikrokontrol kartı olan mikro:bit kartlarının təhsildə necə idarə
oluna biləcəyini əhatə edir və nəticədə şagirdlər gündəlik həyatın bir çox sahəsində
istifadə olunan elektron vasitələrin iş prinsipini daha yaxşı başa düşməyə nail
olmaqdır.