Qrant qazanmış 5 məktəbə hədiyyə!
Bank of Baku ömrünü elmə, şagirdlərinə həsr edən, günəş kimi şəfəqləri ilə yüzlərlə qəlbi isidən, onların yoluna işıq tutan müəllimlərimizə özəl olaraq korporativ sosial məsuliyyət proqramı çərçivəsində növbəti bir layihəyə imza atıb.
05 oktyabr – Müəllimlər Günü münasibətilə keçirilən layihədə, bankın əməkdaşları İsmayıllı rayonun ucqar dağ kəndlərinə təyin olunan və orada çalışan, yaşayan müəllimlərlə görüşüb.
Layihə çərçivəsində İsmayıllı rayonun 5 kəndində - İstisu, Topçu, Gəndov, Tircan və Zərnava kəndlərində fəaliyyət göstərən orta təhsil müəssisələrinə innovativ təhsilə dəstək olmaq məqsədilə Bank of Baku tərəfindən proyektor (tam dəst), 100-dən çox aztəminatlı ailələrin övladlarına isə məktəbli ləvazimatları hədiyyə olunub.
Qeyd edək ki, layihədə iştirak edən məktəblər Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi” çərçivəsində uğur qazanmış məktəblərdir.
“Bank of Baku təhsilə dəstəkdir” şüarı altında keçirilən layihənin əsas məqsədi ucqar dağ kəndlərinə çalışan müəllimlərin innovativ fəaliyyətinin təkmilləşdirilməsinə və şagirdlərin təhsillərinə dəstək olmaqdır.