"ELT sinif mühitində CLIL metodologiyasının tətbiqi" layihəsinin təqdimatı
Bakı şəhəri 220 nömrəli məktəb- liseydə Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsinin qalib layihəsi olan "ELT sinif mühitində CLIL metodologiyasının tətbiqi" layihəsinin təqdimatı keçirilib.
Tədbirdə Bakı şəhəri 96, 56, 21 nömrəli məktəblərin direktor və müəllim heyəti iştirak edib. 220 nömrəli məktəb liseyin direktoru Lətifə Əzimova qonaqları salamlayaraq layihənin əhəmiyyətindən danışıb , daha sonra layihə rəhbəri Xuraman Babayeva layihənin məqsəd və vəzifələri haqqında məlumat verdi və qeyd etdi ki, layihənin məqsədi xarici dilin tədrisində vacib amil olan müəllim hazırlığı və təkmilləşdirilməsi prosesinə dəstək vermək üçün CLIL-xarici dil və məzmunun inteqrasiyalı tədrisi metodikası üçün lazım olan pedaqoji bacarıqları inkişaf etdirməklə ELT siniflərini effektif, real öyrənmə mühitinə çevirməkdir.
Layihənin təlimçisi, etwinning layihəsinin Azərbaycan üzrə səfiri , Ofeliya Qafarova təlimlərin əhəmiyyəti, müəllimlərin məhsuldar CLIL mühitində əməkdaşlığı gələcək yeni təhsil layihələrinə səbəb olacağını vurğulayıb.
Layihədə iştirak edən məktəblərin direktorları Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə həyta keçirdiyi qrant müsabiqələrinin əhəmiyyətindən danışıb, yeni ideyaların hər zaman nazirlik tərəfindən dəstəkləndiyini xüsusi ilə qeyd edib.
Tədbirə qonaq qismində dəvət edilmiş YARAT Müasir Incəsənət Mərkəzinin PR direktoru Hökümə Kərimova layihə iştirakçılarının və şagirdlərin YARAT mərkəzindəki praktik məşğələlərindən yararlanması üçün dəstək olacaqlarını bildirib.
Qeyd edək ki, müddəti 4 ay nəzərdə tutulan layihə Bakı şəhəri 220 nömrəli tam orta məktəbdə icra olunacaq.
Tədbirin sonunda görüş iştirakçılarının layihə ilə bağlı sualları cavablandırılıb.