Cəlilabadda "Rəqəmsal aqronomlar" şagird düşərgəsi layihəsi icra olunmağa başlayıb
Elm və Təhsil Nazirliyinin "Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi"nin qalib layihələrindən olan "Rəqəmsal aqronomlar" şagird düşərgəsi layihəsinin açılış mərasimi keçirilib.
Açılış tədbiri Cəlilabad rayonu Alar kənd Heydər Əliyev adına 1 nömrəli tam orta məktəbin akt zalında baş tutub.
Tədbirdə layihə rəhbəri, təhsil müəssisələrinin rəhbərləri, layihənin idarə heyəti, müəllim və şagirdlər iştirak edib.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbiri giriş sözü ilə layihə rəhbəri Elçin Abbasov açıb. Sonra layihə haqqında qısa videoçarx nümayiş etdirilib.
Daha sonra Cəlilabad rayonu 7 nömrəli tam orta məktəbin direktoru Səidə Quliyeva, Cəlilabad rayonu Alar kənd 1 nömrəli tam orta məktəbin direktoru Nazim Əsgərov, Cəlilabad rayonu Alar kənd 2 nömrəli tam orta məktəbin direktoru Tahir Əsgərov, layihənin təlimçisi Fariz Rzayev, layihənin eksperti Gülər Bayramova və digərləri çıxış edərək layihənin şagirdlərimizə faydalı olacağından danışıblar.