146
logo

Muzeydə bir gün

  • Cümə 7 Oktyabr 2022



VI qrant müsabiqəsinin qalib layihələrdən biri də Laçın rayon M.Səfərov adına Qozlu kənd tam orta məktəbinin “Muzeydə bir gün” adlı layihəsidir. Layihənin məqsədi şagirdlərdə muzeylərə ziyarət vərdişini yaratmaq və məktəb-muzey əməkdaşlığını qurmaqdır. 

29 sentyabr 2022-ci il tarixində  Laçın rayon M.Səfərov adına Qozlu kənd tam orta məktəbində layihənin açılış mərasimi keçirilib. Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni oxunub, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. 

Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Aytac Abbasova çıxış edərək layihənin məqsədini və  işğaldan azad edilmiş torpaqlarımızda dağıdılan muzey və abidələrimizin yenidən bərpa olunması ilə bağlı aparılan quruculuq işləri haqqında danışıb. 

Daha sonra iclasın proqramına uyğun olaraq A.Abdıyeva, A.Cabbarov, T.Əhmədova, V.Əsgərova və layihənin eksperti A.Orucova çıxış edərək  mövcud layihənin şagirdlərə verəcəyi töhfələrdən və bu layihənin  davamlı olması istiqamətində gələcəkdə görüləcək işlərdən danışıblar. 

Layihə çərçivəsində, eyni zamanda məktəbdə fəaliyyət göstərəcək “Qarabağ tarix” klubu ilə birgə maraqlı tədbirlərin keçirilməsi də fəaliyyətə əlavə edilib. 

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.