Elektron formativ qiymətləndirmə sistemi tətbiq olunacaq
Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsinin qalibi Bakı şəhər 145 nömrəli məktəb tərəfindən icra olunan "Formativ qiymətləndirmə sistemi" adlı layihənin məqsədi formativ (sinifdaxili) qiymətləndirmənin elektron formada təşkili üçün “Formativ Qiymətləndirmə Sistemi”nin hazırlanması və tətbiqidir. Bu istiqamətdə formativ qiymətləndirmənin elektron formada təşkili üçün müvafiq proqram təminatı hazırlanacaq və kurikulumun məzmun standartlarına uyğun qiymətləndirmə meyarları hazırlanıb yerləşdiriləcək.
Layihənin genişmiqyaslı təbliği məqsədilə təqdimatlar və praktik seminarlar təşkil olunur. Layihə 15 fevral 2020-ci ildə yekunlaşacaq.