146
logo

Region psixoloqlarının əsas həyat bacarıqları marafonu

  • Çərşənbə 12 Oktyabr 2022



Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi çərçivəsində qalib olan Yevlax rayonu Xaldan kənd kompleks tam orta məktəbin müəllimi Aysel Mahmudovanın "Region psixoloqlarının əsas həyat bacarıqları marafonu" layihəsinin açılış-təqdimat mərasimi keçirilib.

Layihənin açılış tədbirində Yevlax rayonunda və digər şəhər və rayonlarda fəaliyyət göstərən ümumtəhsil orta məktəbinin psixoloqları və fəal müəllimlər iştirak ediblər.

Tədbirin açılışında, əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib, Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edənlər – Məktəbin direktoru Günel Yusifzadə, Mərkəzi Aran Regional Təhsil İdarəsinin Yexlax rayonu üzrə təhsil sektorunun əməkdaşı Mirtaleh İsmayılzadə, layihənin rəhbəri Aysel Mahmudova və layihənin eksperti Etiram Sadıqzadə  qrant müsabiqəsinin, xüsusi ilə bu layihənin əhəmiyyətindən və mahiyyətindən danışıblar.

Rəsmi çıxışlar bitdikdən sonra  layihə çərçivəsində müxtəllif mövzular üzrə fikir mübadiləsi aparılıb.