146
logo

Şagirdlərdə analitik qabiliyyət və özünüifadə bacarıqlarının artırılması üçün Meys debatlarının təşkili

  • Cümə axşamı 13 Oktyabr 2022



VI qrant müsabiqəsində qalib olan "Şagirdlərdə analitik qabiliyyət və özünüifadə bacarıqlarının artırılması üçün Meys debatlarının təşkili" layihəsinin açılışı keçirilib.

Tədbiri giriş sözü ilə açan  layihə rəhbəri, Göyçay rayonu  Potu kənd tam orta məktəbin rus dili müəllimi  Ceyran Bəykişiyeva layihənin məqsədi, mahiyyəti, görüləcək işlər haqqında məlumat verib. 

O, qeyd edib ki, layihənin vəzifələri Meys debatlarının təşkil edilməsi yolu ilə şagirdlərə araşdırma, seçib ayırma, sübut və dəlillərlə işləmə, natiqlik məharəti, öz fikrinin təsdiq edilməsi, diqqətlə dinləmə, fikir əleyhinə arqument gətirmə kimi bir çox bacarıqlar qazandırmaq, şagirdlərdə analitik qabiliyyəti inkişaf etdirmək, özünüifadə bacarıqlarının artırılmasına nail olmaqdır. 

Layihə 3 ay müddətində Göyçay rayon Potu kənd tam orta məktəbinin V-IX siniflərindən seçilmiş 40 nəfər şagird heyəti ilə təlimlərin təşkili, bədii əsərlərin debatlarda müzakirəsi şəklində tətbiq edilməsi planlaşdırılıb.