146
logo

Sumqayıtda natiqlik dərslərinə start verilib

  • Cümə axşamı 13 Oktyabr 2022



Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsində qalib olan,  Abşeron-Xızı Regional Təhsil İdarəsi və Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilati dəstəyi ilə icra olunan “Şagird Diksiya klubu” layihəsi çərçivəsində 11 oktyabr 2022-ci il tarixində Sumqayıt şəhər 35 saylı tam orta məktəbdə  ilk interaktiv seminar keçirilib.

Layihənin məqsədi şagirdlərin düzgün nitq qabiliyyətini inkişaf etdirmək, qeyri-verbal ünsiyyət vasitələri və natiqlik sənəti haqqında maarifləndirmək, aydın və səlis ünsiyyət qurma, fikir çatdırma vərdişlərini formalaşdırmaqdır.

Təlimdə politoloq, gənc natiq Əli Miriyev tərəfindən bədən dili və natiqlik sənəti ilə bağlı əsas biliklər iştirakçılara çatdırılıb, nitq mədəniyyətinin önəmi, ifadəlilik bacarığı, aydın tələffüs üsulları haqqında 

təqdimat nümayiş etdirilib.

Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, layihənin icrasına ümumilikdə 100 nəfər şagirdin cəlb olunması nəzərdə tutulub.