146
logo

Rəqəmsal GÜC dərnəyi

  • Cümə 14 Oktyabr 2022



Elm və Təhsil Nazirliyinin "Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi"nin qalib layihələrindən olan "Rəqəmsal GÜC"dərnək layihəsinin açılış mərasimi keçirilib.

Açılış tədbiri Bakı şəhəri 54  nömrəli tam orta məktəbdə baş tutub.Tədbirdə layihə rəhbəri, təhsil müəssisəsinin rəhbəri, layihənin idarə heyəti və müəllimlər iştirak edib.

 Daha sonra 54 nömrəli tam orta məktəbin direktoru Sahibə Abbasova tədbir iştirakçılarını salamlayıb, layihənin təhsil üçün önəmindən danışıb.

Daha sonra layihə rəhbəri Aytən Həsənova layihə barədə məlumat vermib, məqsəd və vəzifələri açıqlayıb.

Qeyd edək ki, layihənin məqsədi əraziyə yaxın yerləşən məktəblərdən olan 6,7,8-ci sinifdə təhsil alan aztəminatlı ailələrin övladlarının dərnəklərdə iştirakı, onlarda rəqəmsal  bacarıqların formalaşması, internetdən, sosial şəbəkədən yaradıcı  istifadə zamanı  düzgün dəyərləndirmə, qruplarda əməkdaşlıq etməklə onları gələcəyə hazırlamaq, cəmiyyətdə  nə qədər vacib və məhsuldar olduqlarını göstərmək və gələcəkdə şüurlu karyera seçimi etməkdir.

Layihənin eksperti STEAM üzrə mütəxəsis Aliyə Əhmədova layihənin icra planının aylar üzrə həyata keçirilməsi, təlimçilər Şəfəq Ələkbərova, Sevinc Əliyeva layihə çərçivəsində təşkil ediləcək təlimlərin qısa məzmunu, gözlənilən nəticələr barədə  məlumat verdilər.

Tədbirin sonunda görüş iştirakçılarının layihə ilə bağlı sualları cavablandırılıb.