146
logo

“İnnovativ Bioloq” layihəsinin açılış mərasimi keçirilib

  • Cümə 14 Oktyabr 2022



VI qrant müsabiqəsi çərçivəsində qalib olmuş Şəmkir rayonu Qasimallar kənd tam orta məktəbi, həm də Kimya – biologiya təmayüllü liseyinin biologiya müəllimi Ülkər Süleymanovanın “İnnovativ Bioloq” layihəsinin rəsmi açılış mərasimi keçirilib.

Açılış mərasimi Şəmkir rayon Kimya – biologiya təmayüllü liseyində baş tutmuşdur.

Açılışda Şəmkir Təhsil Sektorunun müdiri Qüdrət Əliyev, Şəmkir Təhsil Sektorunun müdir müavini Hafiz Pənahov, Şəmkir ümumtəhsil məktəb direktorları və gənc müəllimlər iştirak edib.

Layihənin rəhbəri Ülkər Süleymanova layihənin məqsədini, vəzifələri və icra planı haqqında qonaqlara ətraflı məlumat verib.

Xatırladaq ki, layihənin məqsədi Şəmkir məktəblərində biologiya müəllimlərində Artırılmış və Virtual Reallıqlardan səmərəli istifadə bacarıqları formalaşdırmaqla biologiya fənninin tədrisinin keyfiyyətini artırmaqdır.