146
logo

Sürətli oxuma üzrə məktəblilərin müsabiqəsi layihəsinin açılış mərasimi keçirilib

  • Çərşənbə axşamı 18 Oktyabr 2022



6-cı qrant müsabiqəsi çərçivəsində qalib olan “Sürətli oxuma üzrə məktəblilərin müsabiqəsi layihəsinin açılış mərasimi keçirilib.

 Açılış tədbiri Bakı şəhəri 229 nömrəli tam orta məktəbində baş tutub. 

Açılışda layihənin eksperti Aytac Ağarəhimli, 229, 169, 210, 227, 10 nömrəli tam orta məktəblərin müəllimləri, həmçinin, şagirdləri və layihənin idarə heyəti iştirak edib.

Qeyd edək ki, layihənin məqsədi sürətli oxuma üzrə türkiyəli peşəkar təlimçilərin təlimlərini təşkil etməklə bu sahədə müəllimlərin bilik və bacarıqlarını artırmaq və şagirdlərə sürətli oxuma bacarıqlarını inkişaf etdirməsinə dəstək olmaqdır. 

Layihə çərçivəsində hazırlıq işləri aparılıb və idarəetmə komandası formalaşdırılıb. Daha sonra layihənin icrası ilə bağlı müvafiq əməkdaşlıqlar qurulub. 

Bu görüşlərin məqsədi layihə və onun mərhələləri haqqında məlumatlandırmadır. 

Layihə sentyabrın 15-dən martın 15-dək davam edəcək.