146
logo

“Birlikdə onlayn öyrənək” layihəsinin açılış tədbiri

  • Çərşənbə 19 Oktyabr 2022



Oktyabrın 14-də Bakı şəhəri 114 nömrəli tam orta məktəbdə VI qrant müsabiqəsində qalib olmuş “Birlikdə onlayn öyrənək” layihəsinin açılış tədbiri keçirilib. 

Tədbirdə 114 nömrəli tam orta məktəbin direktoru Ceyran Novruzova, müəllim, şagird və valideyn heyəti iştirak edib. 

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiylar üzrə VI qrant müsabiqəsi çərçivəsində maliyələşdirdiyi “Birlikdə onlayn öyrənək” layihəsinin rəhbəri Elfira Nurullayeva  çıxış edərək tədbirdə iştirak edən qonaqları salamlayıb. O, layihənin icrası zamanı qarşıya qoyulmuş vəzifələr və görüləcək işlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. Sonda layihənin icrası müddətində ona dəstək olan hər kəsə öz minnətdarlığını bildirib.

Daha sonra, 114 nömrəli tam orta məktəbin direktoru Ceyran Novuzova fərdi layihələrin icrasına marağın artmasını müsbət hal kimi qiymətləndirib və layihənin əhəmiyyətindən söhbət açıb. 

Digər qonaqlar da çıxış edərək layihə ilə bağlı fikirlərini söyəyiblər.

Qeyd edək ki, aprel ayınadək davam edəcək layihənin keçirilməsində məqsəd şagirdlərdə Khan Academy platforması vasitəsilə sərbəst onlayn öyrənmə bacarığını formalaşdırmaqdır.