146
logo

“İnkişafın Əsaslı Dayağı ol” layihəsinin açılış mərasimi baş tutub

  • Cümə axşamı 20 Oktyabr 2022



18 oktyabr 2022-ci il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi çərçivəsində qalib olmuş Bakı şəhəri 60 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Babayeva Elmiranın  “İnkişafın Əsaslı Dayağı ol” layihəsinin rəsmi açılış mərasimi baş tutub.

Açılışda  60 nömrəli tam orta məktəbin direktoru Emiliya Səfərəliyeva, layihənin eksperti Elvin Axundov, layihə üzrə tərcüməçi Aytac Ağarəhimli və müəllim heyəti iştirak edib.

Layihənin rəhbəri Elmira Babayeva layihənin məqsədi, vəzifələri və icra planı haqqında qonaqlara ətraflı məlumat verib.

Xatırladaq ki, layihənin məqsədi udemy.org  platformasında yerləşdirilən kursları Azərbaycan dilinə tərcümə edərək müəllimlərin şəxsi inkişaf dinamikasını artırmaqlarına dəstək olmaqdır.