146
logo

Pedaqoji münaqişələrin həllində “həmyaşıd vasitəçiliyi” tətbiq ediləcək

  • Cümə 21 Oktyabr 2022



Kəlbəcər rayonu 18 nömrəli  tam orta məktəbdə icra olunan “Pedaqoji münaqişələrin həllində “həmyaşıd vasitəçiliyi”nin tətbiqi” layihəsinin təqdimatı olub. 

Tədbirdə çıxış edən məktəbin direktoru Arzuman Qarayev təhsildə keyfiyyətə nail olmaq üçün önəmli məsələlərdən birinin də təhsil ocaqlarında sağlam pedaqoji mühitin formalaşdırılması olduğunu qeyd edib. 

Daha sonra çıxış edən layihə rəhbəri Xalid Kazımov bildirib ki, layihə Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə  VI qrant müsabiqəsi çərçivəsində dəstəklənib və layihənin məqsədi orta ümumtəhsil məktəblərində pedaqoji münaqişələri “həmyaşıd vasitəçiliyi”nin tətbiqi ilə həll etməklə təhsil ocaqlarında  sağlam pedaqoji mühitin formalaşdırılmasına nail olmaqdır. 

X.Kazımovun sözlərinə görə, Respublikamızın orta ümumtəhsil məktəblərində ilk dəfə tətbiq olunan bu təcrübənin həm də məktəbdəki tədris mühitinin sağlamlaşdırılmasına rol oynayacağı gözlənilir.