“Ekspress müayinə robotları şagirdlərin sağlamlığının keşiyində”
Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 6-cı qrant müsabiqəsi çərçivəsində qalib olan “Ekspress müayinə robotları şagirdlərin sağlamlığının keşiyində” layihəsinin açılış mərasimi keçirilib.
20 oktyabr 2022-ci il tarixində baş tutan tədbir Bakı şəhəri Sabunçu rayonu 271 nömrəli tam orta məktəbdə keçirilib.
Açılışda layihənin eksperti Aytac Ağarəhimli, 271 nömrəli tam orta məktəbin direktoru Ruxsarə Əlizadə, həmçinin, şagirdləri və layihənin idarə heyəti iştirak ediblər.
Layihənin əsas məqsədi şagirdlərin sağlamlığının qorunması və tədrisin davamlığını təmin etmək üçün ekspress müayinə robotları və platformasının köməyilə məktəbdə şagirdlər arasında infeksion xəstəliklərinin sürətli şəkildə yoxlanılması ilə xəstəliyin vaxtında aşkarlanması və yoluxmanın qarşısının alınmasından ibarətdir.
Layihə çərçivəsində hazırlıq işləri aparılıb və idarəetmə komandası formalaşdırılıb.
Daha sonra layihənin icrası ilə bağlı müvafiq əməkdaşlıqlar qurulub, həmçinin məktəb
rəhbərliyi, şagirdlər və valideynlər üçün layihə barədə təqdimat təşkil edilib.
Qeyd edək ki, layihə sentyabrın 15-dən fevralın 15-dək davam edəcək.