"Mənim riyazi bələdçim" adlı layihənin açılış mərasimi
Nəsimi rayonu 247 nömrəli tam orta məktəbdə Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsinin qalibi olmuş "Mənim riyazi bələdçim" layihəsinin açılış mərasimi keçirilib.
Tədbirdə Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri Pərvanə Məmmədova, Məleykə Əlizadə, Elm və Təhsil Nazirliyinin Tədqiqat və innovasiya sektorunun müdiri səlahiyyətlərini icra edən Vüsalə Əliyeva, Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru Könül Pirverdiyeva, müəllimlər və layihənin komanda heyəti iştirak ediblər.
Layihənin rəhbəri Naidə İbrahimova çıxış zamanı layihənin məqsədi, vəzifələri, keçirilmə qaydaları və görüləcək işlər haqqında ətraflı məlumat verib.
Daha sonra məktəbin direktoru Sitarə Abbasova çıxış edərək layihənin vacibliyini və aktuallığını vurğulayıb.
Tədbir qonaqların çıxışları ilə davam edib.
Qeyd edək ki, layihənin icra müddəti 5 aydır və layihədə Naidə İbrahimovanın rəhbərlik etdiyi 3a sinif şagirdləri iştirak edəcək.