146
logo

Aktiv şagirdlər - diqqətli valideyn

  • Çərşənbə axşamı 25 Oktyabr 2022



Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsinin VI çağırışında qalib olmuş "Aktiv şagirdlər - diqqətli valideyn" layihəsinin 22 oktyabr 2022-ci il tarixində M.A.Abbaszadə adına 20 nömrəli məktəbdə açılış tədbiri keçirilib.

 

Tədbirdə Gəncə Regional Mədəniyyət İdarəsinin Mərkəzləşmiş kitabxana sisteminin uşaq şöbəsinin müdiri Dəhazi Rəhimova, Azərbaycan yazıçılar birliyinin üzvü, ilin ən yaxşı uşaq kitabı müsabiqəsinin mükafatçısı, şairə Aləmzər Əliyeva, Gəncə Asan Xidmət mərkəzinin psixoloqu Günel Hüseynli, loqoped - defektoloq İlahə Bəhmənzadə və digər qonaqlar iştirak edib.

 

Tədbirin rəsmi hissəsini layihə rəhbəri Lalə Həsəncanova açaraq layihə haqqında iştirakçılara məlumat verib və sualları cavablandırıb. Tədbirdə iştirak edən və ideyası olan müəllimləri layihə yazmağa dəvət edib. 

 

Tədbir şagirdlərin hazırladıqları rəqs və şeirlərlə davam edib.