146
logo

“Hüququm dəyərimdir” adlı layihəsinin açılış mərasimi

  • Çərşənbə axşamı 25 Oktyabr 2022



Lerik rayon K.Həmidov adına Anbu kənd tam orta məktəbində   Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən “Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi”ndə fərdi kateqoriya üzrə qalib olan Mustafayeva Maral Rafiq qızının “Hüququm dəyərimdir” adlı layihəsinin açılış mərasimi  keçirilib.

Tədbirdə Azərbaycan Respublikası Təhsil İnstitutunun əməkdaşı, “Azərbaycan məktəbi” jurnalının baş redaktoru Arzu Soltan,  Lerik Rayon Təhsil Sektorunun müdiri Zöhrab Salayev, Lerik Rayon İcra Hakimiyyəti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın əməkdaşı  Anar  Rəhimov, Lerik Rayon Təsil Sektorunun əməkdaşı Mehman Rəcəbov, Lüləkəran kənd tam orta məktəbin direktoru  Arzuman Ağayev , Anbu kənd tam orta məktəbin direktoru Sabir İbadov, direktor müavinləri və müəllimlər iştirak edib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb və müqəddəs şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Daha sonra layihənin rəhbəri Maral  Mustafayeva  təhsilə dövlət qayğısından, Elm və Təhsil Nazirliyi tərəfindən keçiliən Qrant müsabiqələrinin təhsilin inkişafına müsbət təsirlərindən danşıb və şagirdlərə  layihə haqqında məlumat verib. 

Layihənin hüquq eksperti Anar Rəhimov çıxışında uşaq hüquqları haqqında şagirdləri ətraflı şəkildə bilikləndirib .

Açılış mərasimindən sonra şagirdlər üçün təlimlər başlayıb.Təlimçi Arzu Soltan  tərəfindən şagirdlərin hüquqi savadlılğını artırmaq üçün interaktiv metodlarla, müxtəlif oyunlar, yarışlar, müzakirələr və diskussiyalar keçirilib.  

Lerik Rayon Təhsil Sektorunun müdiri Zöhrab Salayev təlimlərin gedişini izləyib və şagirdlərlə söhbət edib.

 Qeyd edək ki, təimlər iki gün davam edib. İlk gün Anbu və Qosmalian kənd tam orta məktəblərinin yuxarı sinif şagirdləri, növbəti gün  N.Muradov adına Günəşli kənd tam orta məktəbində davam edən təlimlərdə isə Lüləkəran və Günəşli kənd tam orta məktəblərinin yuxarı sinif şagirdləri iştirak edib. Ümumilikdə 120 nəfər şagird təlimlərə cəlb olunub.