146
logo

İsmayıllıda “Xoşbəxt məktəb mühiti” adlı layihə çərçivəsində maarifləndirici seminar keçirilib

  • Cümə axşamı 27 Oktyabr 2022



İsmayıllı rayonunun Qoşakənd kənd tam orta məktəbində "Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi" çərçivəsində icra olunan “Xoşbəxt məktəb mühiti” adlı layihənin ilk maarifləndirici seminarı keçirilib. Seminarda məktəbin şagird və müəllim kollektivi iştirak edib.

Layihə rəhbəri olan Qoşakənd kənd tam orta məktəbinin direktoru Ziyəddin Mövlamov layihənin məqsədi, həyata keçirilən tədbirlər barədə məlumat verib. Qeyd edib ki, layihənin həyata keçirilməsində əsas məqsəd məktəbdə sağlam mənəvi-psixoloji mühitin təmin edilməsinə, təhsil alanların hər hansı fiziki və psixoloji zorakılıq hallarından qorunmasına yardımçı olmaqdır.

Seminarda layihə üzrə təlimçi, psixoloq Adil İskəndərov mövzu ətrafında müzakirələr aparıb, dövrümüzün qlobal problemlərindən olan bullinq və onun törətdiyi fəsadlar barədə ətraflı məlumat verib, məktəbdə və ailədə bu cür halların aradan qaldırılması yollarından söz açıb.

Tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Sonra mövzu ilə bağlı videoçarx nümayiş etdirilib.

Sonda tədbir iştirakçılarına məlumat vərəqələri paylanıb.