146
logo

İngilis dilinin tədrisində Duolingo platformasının dəstəyi

  • Bazar 30 Oktyabr 2022



Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 6-cı qrant müsabiqəsi çərçivəsində qalib olan “İngilis dilinin tədrisində Duolingo platformasının dəstəyi” layihəsinin açılış mərasimi keçirilib. 

Açılış Binəqədi rayonu  143 nömrəli tam orta məktəbdə keçirilib.

Təqdimatda Elm və Təhsil Nazirliyin layihə eksperti Solmaz İsmayılova, 143 nömrəli tam orta məktəbin direktoru Elmar Həşimov, müəllimlər və valideynlər iştirak edib. 
Layihənin əsas məqsədi Duolingo platformasının köməyi ilə ingilis dilinin tədrisini daha əyləncəli, maraqlı formada təşkil edərək təhsilalanların bu fənn üzrə yeni bilik əldə etməsinə və dil öyrənmə bacarıqlarının inkişaf etdirilməsinə dəstək verməkdir.
Layihə çərçivəsində hazırlıq işləri aparılıb və idarəetmə komandası formalaşdırılıb. Daha sonra layihənin icrası ilə bağlı müvafiq əməkdaşlıqlar qurulub.
Qeyd edək ki, ayihə sentyabrın 15-dən mayın 15-dək davam edəcək.