146
logo

Təhsilin inkişafında incəsənətin rolunun artırılması

  • Çərşənbə axşamı 1 Noyabr 2022



Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi” çərçivəsində “Təhsilin inkişafında incəsənətin rolunun artırılması” layihəsinin növbəti tədbiri 52№-li tam orta məktəbdə keçirilib.

 

Tədbir Bakı şəhəri 53 №-li tam orta məktəbin direktoru Tünzalə Zeynalovanın çıxışı ilə başlayıb. Daha sonra söz Bakı şəhəri 52 №-li tam orta məktəbin direktoru Qabil Nəsibov, Azərbaycan İncəsənət Məktəbinin təsisçisi gənc aktyor və nitq mədəniyyəti ixtisasını tədris edən Fərid Bağırov, Şahmat Teatrının təsisçi, direktor Mir Qabil Əkbərov və teatr rejissoru Röyal Cəbiyevə verilib.

 

Layihə “Azərbaycan İncəsənət Məktəbi”, “Uşaq və Yeniyetmələrə Dəstək” (UYD) İctimai Birliyinin təşkilatı dəstəyilə Bakı şəhəri 53 №-li tam orta məktəb tərəfindən icra olunur. 


İcra müddəti 6 ayı əhatə edən layihənin məqsədi ümumtəhsil məktəblərində təhsilin keyfiyyətinə yönəlmiş yaradıcılıq mühitinin inkişaf etdirilməsinə xidmət edir.

 

Layihə çərçivəsində Bakı şəhər Təhsil İdarəsinin 18, 31, 52, 53 və 60 №-li məktəblərindən 30 şagird 4 ay boyunca layihə çərçivəsində yaradılacaq “İncəsənət Dərnəyi”nin məşğələlərində iştirak edə biləcək. Sözügedən dərnək şagirdlərdə aktyorluq və nitq bacarıqlarının inkişaf etdirilməsinə, onlar tərəfindən tamaşalar, maarifləndirici sosial video çarxların hazırlanmasına şərait yaradacaq.

Dərnək iştirakçıları tərəfindən hazırlanan Əli Səmədlinin “Meşə çaqqalsız olmaz” və Cəlil Məmmədquluzadənin “Anamın kitabı” tamaşaları qeyd olunan məktəblərin digər şagirdlər üçün nümayiş olunacaq, növbəti mərhələdə tamaşanı izləyən şəgirdlər ilə tamaşa əsərlərinin müzakirəsi təşkil olunacaq.