146
logo

Qax rayonunda 16 şagirdə riyaziyyat olimpiadası üzrə təlimlər keçirilir!

  • Çərşənbə 20 Noyabr 2019



          Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsində fərdi kateqoriya üzrə qalib olmuş Ramazanov Səbuhi Əli oğlu "İstedadınla sən də vətən üçün nəsə et" adlı layihə çərçivəsində Qax rayonu 4 nömrəli tam orta məktəbdə təhsil alan 16 nəfər şagirdə riyaziyyat olimpiadası üzrə təlimlər təşkil etmişdir. İlkin olaraq, 156 nəfər şagirdin iştirakı ilə diaqnostik imtahan keçirilmiş və 100 ballıq göstərici üzrə 56 və daha yüksək bal toplamış 6 və 7-ci sinif şagirdləri qalib hesab olunaraq olimpiada komandasına seçilmişlər.

           Seçilmiş 16 nəfər şagird təlimlərə cəlb olunmuşlar. Təlimlərdə şagirdlərə zəka növləri və insan zəkasının müxtəlif istiqamətlərdə inkişaf etdirilməsinin yolları haqqında məlumat verilmişdir. Bununla yanaşı, şagirdlərin iştirakı ilə 4 zəka növünə (sürətli düşünmə, strategiya, söz oyunu, yaddaş) aid praktik oyunlar keçirilmişdir. Eyni zamanda, təlimlərdə şagirdlərə riyaziyyat olimpiadasında istifadə olunan suallar izah edilmişdir. Sonda şagirdlər 4 komandaya bölünərək və fərdi olaraq yarışlarda iştirak etdilər. Yarışların sonunda qalib komandanın üzvləri və fərdi oyunlarda qalib gələn şagirdlər mükafatlandırılmışlar.