"Ağcabədi rayon məktəblərində interaktiv rəqəmsal tədris platformalarının adaptasiyası" layihəsi icra olunmağa başlayıb
Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 6-cı qrant müsabiqəsi çərçivəsində qalib olan “Ağcabədi rayon məktəblərində interaktiv rəqəmsal tədris platformalarının adaptasiyası” layihəsinin açılış mərasimi keçirilib. Tədbir Ağcabədi şəhər 9 nömrəli tam orta məktəbdə keçirilib.
Açılışda Ağcabədi şəhər 9 nömrəli tam orta məktəbin direktoru Quliyev Rizvan, Ağcabədi rayon R.İbrahimov adına Nəcəfqulubəyli kənd tam orta məktəbin direktoru Vüsalə Əliyeva və müəllim heyəti iştirak edib.
Layihə çərçivəsində hazırlıq işləri aparılıb və idarəetmə komandası formalaşdırılıb. Daha sonra layihənin icrası ilə bağlı müvafiq əməkdaşlıqlar qurulub.
Qeyd edək ki, icra olunmağa başlayan layihənin məqsədi “Kahoot”, “Quizlet” və “Pear Deck” kimi interaktiv rəqəmsal tədris platformaları üzrə yeni bilik və bacarıqlar öyrətməklə müəllimlərin interaktiv tədris alətlərini tədris prosesində tətbiq etmələri ilə şagirdlər arasında rəqəmsal öyrənməni inkişaf etdirməkdir.