146
logo

“Xoşbəxt məktəb mühiti” adlı layihə çərçivəsində dəyirmi masa keçirilib

  • Cümə axşamı 3 Noyabr 2022



VI qrant müsabiqəsi çərçivəsində İsmayıllı rayonu Qoşakənd kənd tam orta məktəbində həyata keçirilən “Xoşbəxt məktəb mühiti” adlı layihənin tədbirlər planına uyğun olaraq dəyirmi masa təşkil olunub.

Dəyirmi masada məktəbin ibtidai və yuxarı sinif şagirdləri iştirak edib.

Layihə rəhbəri Ziyəddin Mövlamov öz çıxışında məktəblərdə qısnamanın (bullinqin) qarşısını almaq məqsədilə son illərdə Elm və Təhsil Nazirliyi tərəfindən bir sıra əməli tədbirlərin həyata keçirildiyini vurğulayıb. Qeyd edib ki, Elm və təhsil nazirinin 13 may 2019-cu il tarixli əmri ilə “Ümumtəhsil müəssisələrində əlverişli təlim və inkişaf mühitinin təmin edilməsi barədə əlavə tədbirlər barədə Fəaliyyət Planı” təsdiq olunub. Həmin Planda ümumtəhsil müəssisələrində sağlam mənəvi-psixoloji mühitin təmin edilməsi, məktəb-ailə münasibətlərinin təkmilləşdirilməsi, təhsilalanların hər hansı fiziki və psixoloji zorakılıq hallarından qorunması istiqamətində bir sıra tapşırıqlar nəzərdə tutulub. 

Elm vəTəhsil Nazirliyi tərəfindən hazırlanan, nümayişi sosial mediada geniş əks-səda doğuran “Mənimlə danış” video-çarxı bu sahədə atılan ən uğurlu addımlardan biri hesab olunub.

Şagirdlərinin iştirakı ilə təşkil olunan dəyirmi masada layihənin təlimçisi Adil İskəndərov balaca məktəblilərə bir-biriləri ilə münasibətdə mehriban olmağı, qısnama (bullinq) hallarına yol verməməyi tövsiyə edib.  

Sonra şagirdlərin yaş səviyyələrinə uyğun olaraq hazırlanmış “Bullinqə yox de anti bullinq animasiyası” nümayiş etdirilib.