Mediator müəllim və mediator şagirdlərin seçim mərhələsi başa çatıb
Kəlbəcər rayon 18 nömrəli tam orta məktəbin müəllimi Xalid Kazımov tərəfindən icra olunan “Pedaqoji münaqişələrin həllində “həmyaşıd vasitəçiliyi”nin tətbiqi” layihəsi çərçivəsində mediator müəllim və mediator şagirdlərin seçim mərhələsi başa çatıb.
Seçkilər məktəbin V-XI sinif şagirdləri və müəllim kollektivi arasında keçirilib.
Məktəbdə aparılan ümumi məlumatlandırmadan sonra layihə rəhbəri Xalid Kazımov və layihənin mentoru Nigar Əsgərova tərəfindən hər bir sinifdə ayrıca məlumatlandırma aparılıb. Daha sonra şagirdlərə öz sinif yoldaşları arasından namizədlərini müəyyənləşdirmək üçün bir həftə zaman verlib. Hər sinifdən 2 nəfər mediator şagird olmaqla, cəmi 18 şagird və müəllim kollektivi arasından 2 nəfər mediator müəllim seçilib.
Növbəti mərhələdə seçilən şagird və müəllimlər təlimlərə cəlb ediləcək.
Qeyd edək ki, layihə Elm və Təhsil Nazirliyinin Təhsildə
inkişaf və innovasiyalar üzrə VI qrant
müsabiqəsi çərçivəsində icra olunur. Layihənin məqsədi orta ümumtəhsil məktəblərində pedaqoji münaqişələri “həmyaşıd vasitəçiliyi”nin
tətbiqi ilə həll etməklə təhsil ocaqlarında
sağlam pedaqoji mühitin formalaşdırılmasına nail olmaqdır.