“Nano Aləm”layihəsinin təqdimatı keçirilib
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant” müsabiqəsində uğur qazanmış daha bir layihənin təqdimatı keçirilib.
Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI qrant müsabiqəsinin növbəti qaliblərindən biri də Mingəçevir şəhər Y.Muradov adına 11 №-li tam orta məktəbin biologiya müəllimi Aygün Quliyevanın təqdim etdiyi “Nano Aləm” layihəsi olub.
Lyihənin təqdimatı Mingəçevir şəhər Y.Muradov adına 11 №-li tam orta məktəbdə keçirilib.
Tədbirdə Mərkəzi Aran Regional Təhsil İdarəsinin Mingəçevir şəhər sektorunun müdiri Sevinc Həsənova, layihənin eksperti Etiram Sadıqzadə, 11 №-li tam orta məktəbin direktor əvəzi Sevda Şükürova, bir neçə məktəb direktoru və sözügedən təhsil ocağının kollektivi iştirak edib.
Təqdimat mərasimini giriş sözü ilə layihənin rəhbəri Aygün Quliyeva açıb. O, layihənin əsas məqsədi, həyata keçirilməsi nəzərdə tutulan tədbirlər və layihədən gözləntilər barədə danışıb. Layihənin müasir təlim metodlarına və informasiya texnologiyalarına əsaslandığını diqqətə çatdırıb. Eyni zamanda layihənin ekspert qrupu haqqında məlumat verib. Müəllimlərə yaratdığı imkana görə Elm və Təhsil Nazirliyinə minnətdarlığını ifadə edib.