"Seçilmiş 12 orta ümumi təhsil məktəbində təkmil psixoloji işin təşkili" layihəsinin təqdimatı keçirilib
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin
“Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant” müsabiqəsində uğur
qazanmış daha bir layihənin təqdimatı keçirilib.
VI qrant müsabiqəsinin növbəti qaliblərindən biri
də Bakı şəhəri 61 nömrəli tam orta məktəbin təqdim etdiyi “Seçilmiş 12 orta ümumi təhsil məktəbində təkmil psixoloji işin təşkili ” layihəsi olub.
Layihənin təqdimatı Psixologiya Elmi Tədqiqat İnsitutunun akt zalında təşkil edilib.Tədbirdə Psixologiya Elmi Tədqiqat İnsitutunun rəhbəri Elnur Rüstəmov, intitutun əməkadaşları, bir neçə məktəb
direktoru və sözügedən təhsil ocağının kollektivi iştirak edib.
Təqdimat mərasimini
giriş sözü ilə layihənin rəhbəri Kamil Əliyev adına 61 nömrəli tam orta məktəbin direktoru Zemfira
Şixəliyeva açıb. O, layihənin əsas
məqsədi, həyata keçirilməsi nəzərdə tutulan tədbirlər və layihədən gözləntilər
barədə danışıb.O. qeyd etdi ki, pedaqoji kadr kimi
məktəb psixoloqlarının da fəaliyyəti təhsilin keyfiyyətinə birbaşa təsir edir.
Onların fəaliyyətlərinin keyfiyyətinin yüksəldilməsi istiqamətində tədbirləin
görülməsi həlli vacib məsələdi.
Təqdimat mərasimində eyni zamanda
layihə müddətində əməkdaş məktəblərin
psixoloqları üçün təşkil olunacaq təlimlərin modulları haqqında məlumat verilib. .