146
logo

Füzuli şəhərində pedaqoji heyət üçün təlimlərə başlanılıb

  • Çərşənbə 23 Noyabr 2022



VI qrant müsabiqəsində qalib olan "Pedaqoji kollektivin şagirdlərin psixologiyası ilə bağlı məlumatlılığının artırılması" layihəsi çərçivəsində təlimlərə başlanılıb. 

3 ay davam edəcək layihədə təlimlər ilk olaraq Füzuli şəhəri 17 nömrəli orta məktəbin pedaqoji heyəti ilə keçirilib. 2 saat davam edən təlim zamanı "Təlim Psixologiyası, şagird müəllim münasibətləri, şagirdlərin təlim prosesində qarşılaşdıqları çətinliklər, öyrənməyə təsir edən amillər" və digər mövzular geniş izah edilib. 

Daha sonra pedaqoqlara 15 gün ərzində şagirdlərlə işləmək üçün praktik vəsaitlər paylanılıb, keçirilmə qaydaları izah edilib. 

Eyni adlı görüş 59 nömrəli orta məktəbdə də keçirilib. 

Növbəti təlimlərin həm onlayn, həm də əyani qaydada digər məktəblərdə də davam etdirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, layihənin rəhbəri Füzuli şəhəri 17 nömrəli orta məktəbin psixoloqu Mamedova Fazilə, eksperti Xurma Hacıyeva, təlimçiləri isə Jalə Məmmədova və Qərənfil Nəzərovadır.