146
logo

Ucar rayon ümumtəhsil məktəblərinin şagirdləri arasında bilik yarışı keçirilib

  • Bazar ertəsi 28 Noyabr 2022



VI qrant müsabiqəsində qalib olmuş "Coğrafiya ulduzlarının festivalı" layihəsi çərçivəsində Ucar rayon ümumtəhsil məktəblərinin şagirdləri arasında bilik yarışı keçirilib.

Layihənin məqsədi təhsilalanlarda dövlət standartlarına uyğun təhsil naliyyətləri formalaşdırmaq, nəzəri biliklərlə yanaşı, həm də praktik bacarıqlar yaratmaqdır.

Yarışın ilk mərhələsində 37 məktəb komandası iştirak edib və 11 məktəbin komandası yüksək bal toplayaraq final mərhələsində iştirak etmək hüququ qazanıb.

Final mərhələsində Ucar şəhər 1, 3, 4, 5, Alpout kənd 1 nömrəli, Qazyan kənd 2 nömrəli, Lək kənd 1 nömrəli, Bağman, Alpı və Xalac kənd tam orta məktəblərin komandaları mübarizə aparıblar.

Oyunun nəticələrinə əsasən, I yeri Ucar şəhər 4 nömrəli tam orta məktəbin komandası, II yeri Alpı kənd tam orta məktəbin  komandası, III yeri isə Ucar şəhər 3 nömrəli tam orta məktəb və Alpout kənd 1 nömrəli tam orta məktəblərin komandaları tutub.