146
logo

“Sərişətli müəllim”- yeni işə qəbul olunmuş müəllimlərin adaptasiya proqramı

  • Çərşənbə 30 Noyabr 2022



VI qrant müsabiqəsində ümumi təhsil kateqoriyası üzrə qalib layihələrdən biri olan ““Sərişətli müəllim”- yeni işə qəbul olunmuş müəllimlərin adaptasiya proqramı” layihəsinin təqdimat mərasimi keçirilib. 

Təqdimat mərasimində Elm və Təhsil Nazirliyinin Tədqiqat və innovasiya sektorunun müdiri səlahiyyətlərini icra edən Vüsalə Əliyeva, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Nərimanov, Yasamal, Nəsimi rayonlarında yerləşən məktəblərə cari tədris ilində MİQ-lə qəbul olmuş müəllimlər və məktəb direktorları iştirak edib.

Bakı şəhəri 158 nömrəli tam orta məktəbin direktoru, layihə rəhbəri Mehriban Ələkbərova layihə haqqında məlumat verib, layihə məqsədinin yeni işə qəbul olmuş müəllimlərin iş mühitinə və tədris prosesinə rahat uyğunlaşdırılmasına nail olmaqdan ibarət olduğunu vurğulayıb. O, bildirdi ki, bu məqsədə çatmaq üçün həmin müəllimlərin metodoloji, psixoloji hazırlığna nail olmaq, komandada işləmək, ünsiyyət qurmaq, valideynlərlə münasibət qurmaq bacarıqları aşılanacaq.

Daha sonra Vüsalə Əliyeva çıxışında layihənin vacibliyini qeyd edib və həmkarın-həmkara dəstəyi kimi yüksək qiymətləndirib.

Layihənin eksperti Məktəb Lisey Kompleksin direktoru Esmira Quliyeva çıxışında layihənin yeni işə qəbul olunmuş müəlimlərin peşəkar inkişafı üçün bir fürsət olduğunu bildirib.