“Anama deyin...” layihəsinin yekun tədbiri
Noyabrın 30-da Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsinin qalibi - Şabran rayon Çölquşçu kənd tam orta məktəbin direktoru Məmməd Məmmədovun "Anama deyin..." layihəsinin bağlanış tədbiri keçirilib.
Tədbirdə Şabran şəhər 3 nömrəli ümumi məktəbin direktoru Raifə Məmmədova, layihənin təlimçisi Zümrüd Abbasova, müəllim, valideyn və şagird heyəti iştirak edib.
Layihənin rəhbəri Məmməd Məmmədov fəaliyyət planını əks etdirən geniş təqdimatla çıxış edərək bildirdi ki, layihənin əsas məqsədinin potensial psixososial durumu yaxşı olmayan şagirdlərin valideynləri üçün onların məktəb həyatına inteqrasiyasının genişləndiriliməsi, düzgün tərbiyə və təhsillə bağlı metod, üsulları izah etməklə onların təhsil üçbucağında daha yaxından iştirakını təmin etməkdən ibarətdir. O, görülən işlər haqqında danışarkən valideyn heyəti üçün maarifləndirici seminarların təşkili edildiyini, valideyn assosasiyasının yaradıldığını, valideynlər üçün marifləndirici vəasit və bukletlərin çap edildiyini qeyd edb.
Daha sonra söz layihənin digər iştirakçılarına verildi və onlar da öz növbələrində görülən işlər barədə geniş məlumat veriblər.
Sonda şagirdlər öz gözəl ifaları, rəqsləri, şeirləri ilə tədbiri daha maraqlı, daha şən ediblər.