146
logo

Şuşa ruhu şagirdlərin təqdimatında

  • Bazar 4 Dekabr 2022



Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsinin qalibi olmuş Cəbrayıl rayon 8 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Vəliyev Zaur Fəxrəddin oğlunun rəhbəri olduğu  "Bədii əsərlərdə Şuşa ruhu şagirdlərin təqdimatında" adlı layihənin təqdimat mərasimi keçirilib.

Tədbirdə millət vəkili Ceyhun Məmmədov, YAP Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev, Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısının müavini Fəridə İbayeva,  Cəbrayıl rayonu üzrə təhsil sektorunun müdiri Zamiq Qurbanov, müəllimlər, valideynlər və şagirdlər iştirak ediblər. 

Əvvəlcə layihə rəhbəri Zaur Vəliyev layihə haqqında geniş məlumat verib. Daha sonra təlimlərdə iştirak etmiş şagirdlərin hazırladığı səhnəcik və şeirlər, Cəbrayıl rayon Böyük Mərcanlı kənd Uşaq İncəsənət Məktəbinin şagirdlərinin təqdimatında rəngarəng ifalar nümayiş etdirilib.

Sonda qonaqlar və  ekspertlər layihə haqqında öz fikirlərini bölüşərək uğurlar arzulayıblar.