146
logo

"STOP bulling empatiya klubu" layihəsinin bağlanış və mükafatlandırma tədbiri keçirilib

  • Çərşənbə axşamı 13 Dekabr 2022



Bakı şəhəri  257 nömrəli məktəbin psixoloqu Zöhrə İbrahimovanın Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi”ndə qalib olmuş "STOP bulling empatiya klubu" layihəsinin bağlanış və mükafatlandırma tədbiri keçirilib.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Qarat Qaratov gələn qonaqları, tədbir iştirakçılarını salamlayıb və layihənin şagirdlərimiz üçün çox aktual və əhəmiyyətli olunduğunu bildirib.

Təhsilin İnkişafına Dəstək İctimai Birliyinin rəhbəri Gülnarə Vəlixanlı, ekspert Arzu Əliyeva və aktyor Natiq Həziyev çıxış edərək layihənin şagirdlər arasında çox böyük marağından və psixoloji təsirindən danışıblar.

Layihə həhbəri Zöhrə İbrahimova layihə haqqında çıxış edərək 3 ay ərzində görülən işlər, əldə olunan nəticələr haqqında məlumat verib.

Daha sonra layihə barədə çıxış üçün söz müəllimlərə və valideynlərə verilib.

Çıxış edən şagirdlər layihə müddətində keçirilən təlimlərin, görüşlərin faydasından, bu müddətdə qazandıqları bilik və bacarıqlar haqqında öz təəssüratlarını bölüşüblər.

Qeyd edək ki, layihənin məqsədi bullinqə qarşı mübarizədə şagirdlərdə empatiya hissinin formalaşdırılmasından ibarətdir.

Empatiya klubuna VII-VIII sinif şagirdlərindən 30 iştirakçı psixo diaqnostik testin nəticəsinə əsasən seçilib və 3 ay boyunca həmin şagirdlər təlimlərə və psixoloqla görüşlərə cəlb olunub. Layihə müddətində psixoloji dəstək almaqdan çəkinən şagirdlər üçün "Etibar poçtu" da yaradılıb.

Sonda Empatiya klubunun üzvlərinə sertifikatlar təqdim olunub.