146
logo

Psixoloji dəstəklə təhsilə şagird qazan

  • Çərşənbə 14 Dekabr 2022



Astara rayonu Y.Nəsirov adına Sərək kənd tam orta məktəbində Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsinin “fərdi” kateqoriyası üzrə qalibi olan "Psixoloji dəstəklə təhsilə şagird qazan" adlı layihəsinin təlimləri başlayıb.

 

Layihə  rəhbəri  Zamiq Mirzəyev şagirdlərə layihə haqqında məlumat verib. O qeyd edib ki, təlimlərdə idraki və emosianal sferada rastlaşdıqları problemləri təlimçi Fərrux Əliyevlə birlikdə aradan qaldıracaqlar.

 

Görüşdə layihənin ekpserti, AGMA-nın Astara üzrə koordinatoru Firuzə Mirzəyeva qoyulan problemin günümüz üçün aktuallığını vurğulayıb.

 

Daha sonra “Google Forms”  vasitəsilə seçim meyarları əsasında adıkeçən məktəbindən seçilmiş idraki və emosianal çətinliklərlə üzləşən 30 şagirdlə layihənin ilk təlimi həyata keçirilib. 

 

Qeyd edək ki, layihə çərçivəsində daha 4 məktəbdə də təlimlərin keçirilməsi nəzərdə tutulub.