Daha az stress yaşayaraq, daha yaxşı öyrənin
VI qrant
müsabiqəsinin “Məktəb layihələri” kateqoriyası üzrə qalib olmuş, Bakı şəhəri 27 nömrəli
tam orta məktəbin təqdim etdiyi və qalib olduğu ""Daha az stress
yaşayaraq, daha yaxşı öyrənin"- riyaziyyatı Briliant.orq-la öyrənək" layihəsinin təqdimat mərasimi baş tutub.
Tədbirdə
layihə rəbəri, 27 nömrəli məktəbin direktoru Könül Həsənova III-IV siniflərdə riyaziyyatın tədrisi zamanı
dünyaca məşhur Briliant.orq saytının
imkanlarından istifadənin əhəmiyyətindən danışıb, layihənin məqsəd və vəzifələrini
diqqətə çatdırıb. O, bildirib ki, təqdim olunan layihənin məqsədi riyaziyyat fənnini beynəlxalq aləmdə qəbul olunmuş elektron
resursların tətbiqi ilə daha motivasiyalı, müstəqil öyrənmə mühiti vasitəsi tədrisinin
təşkilinə nail olmaqdır. Briliant.orq saytının təklif etdiyi riyaziyyat sahəsində təməl biliklər, kompüter mühəndisliyi,
məntiqin əsasları, data elmi, mühəndislik, statistika və maliyyə kimi bölmələr şagirdlərin ümumi dünyagörüşünü
artıracaq, zəngin təcrübə və biliklər qazanmış olcaqlar.
Layihə vasitəsi
ilə saytın geniş imkanlarından yalnız riyaziyyat fənninin tədrisi üçün
dərs prosesi və ya dərsdənkənar məşgələ zamanı istifadə nəzərdə tutulsa da, şagirdlər dərsdən sonrakı
vaxtlarında saytın digər bölmələrində təklif
olunan materiallardan da istifadə edə
biləcəklər.
Qeyd edək ki, sayt
tətbiqini təmin etmək məqsədilə planşetlər
alınıb və şagirdlərin həftədə iki dəfə olmaqla dərsdənkənar məşgələlərə cəlb
olunması planlaşdırılıb.
Layihədən əldə
olunan təcrübə gələcəkdə digər innovativ və interaktiv, dünyaca məhşur təhsil portallarının tətbiqinə zəmin yaradacaqdır.