146
logo

"ELT sinif mühitində CLIL metodologiyasının tətbiqi" layihəsinin bağlanış tədbiri

  • Cümə axşamı 29 Dekabr 2022



Dekabrın 27-də Bakı şəhəri 220 nömrəli məktəb-liseydə Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsinin qalib layihəsi olan "ELT sinif mühitində CLIL metodologiyasının tətbiqi" layihəsinin bağlanış tədbiri keçirilib.

Tədbirdə Bakı şəhəri 220 nömrəli məktəb-liseyin direktoru Lətifə Əzimova, 220, 96, 56, 21, 70, 201 nömrəli məktəblərin müəllimləri və layihə heyəti iştrak ediblər.

Tədbiri giriş sözü ilə açan məktəb-liseyin direktoru Lətifə Əzimova layihənin əhəmiyyətindən danışıb, bu istiqamətdə görülən işləri vurğulayıb. 

Daha sonra layihə rəhbəri Xuraman Babayeva layihənin çərçivəsində görülmüş işlər və nəticələr haqqında məlumat verib. O, bildirib ki, layihənin məqsədi xarici dilin tədrisində vacib amil olan müəllim hazırlığı və təkmilləşdirilməsi prosesinə dəstək vermək üçün CLIL-xarici dil və məzmunun inteqrasiyalı tədrisi metodikası üçün lazım olan pedaqoji bacarıqları inkişaf etdirməklə ELTsiniflərini effektif, real öyrənmə mühitinə çevirməkdir.

Layihənin gələcək perspektivləri barədə  məlumat verən verən  Layihə eksperti Aliyə Əhmədova bildirib ki, "ELT sinif mühitində CLIL metodologiyasının tətbiqi" layihəsinə 30 nəfər ingilis dili müəllimi və 25 nəfər şagird cəlb edilib.

Müəllimlərin peşəkar inkişafının faydasından danışan təlimçi Ofelya Qafarova layihənin əsas fəaliyyətinin inteqrasiya mühitində real olaraq dinləmə, anlama, oxuma, danışma bacarıqları əsasında baş tutduğunu vurğulayıb.

Sonda layihə çərçivəsində səmərəli və uğurlu fəaliyyət göstərdiklərinə görə müəllimlər sertifikatlarla təltif olunublar.