146
logo

"İcma əsaslı məktəbəqədər təhsil qruplarında fəaliyyət göstərən müəllimlər üçün STEAM dərsləri" layihəsi davam edir

  • Çərşənbə 11 Yanvar 2023



Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqədə  qalib olan "İcma əsaslı məktəbəqədər təhsil qruplarında fəaliyyət göstərən müəllimlər üçün STEAM dərsləri" layihəsi davam edir.

Nərmin Həbilovanın müəllifi  olduğu layihənin  məqsədi Zaqatala-Balakən rayonları üzrə İcma əsaslı məktəbəqədər təhsil qruplarında fəaliyyət göstərən müəllimlər üçün STEAM təlimlərinin keçirilməsindən ibarətdir.

Mərkəzlərdə 3-4 yaşlı uşaqlar üçün məktəbəqədər təhsil üzrə hər biri 2-2,5 saat olmaqla həftədə 4 dəfə dərslər təşkil olunur.

Dərslər yerli və eston mütəxəssislərdən ibarət işçi qrupu tərəfindən hazırlanmış proqram əsasında keçirilir. Balakən rayon üzrə 24, Zaqatala rayon üzrə 18 mərkəzdə 34 müəllim fəaliyyət göstərir.

Layihədə yalnız Zaqatala və Balakən rayonlarında icma əsaslı məktəbəqədər təhsil qruplarında fəaliyyət göstərən və ilkin qiymətləndirmə imtahanından keçən 15 nəfər müəllim iştirak edə bilər. Dərslər Balakən rayon Qazbinə kənd tam orta məktəbində yalnız həftəsonları keçirilir.

Qeyd edək ki, layihənin icra müddəti 4 aydır. 3 noyabr 2022-ci il tarixindən layihənin icra prosesinə başlanılıb, 3 fevral 2023-cü il tarixində layihənin icra prosesinin yekunlaşması nəzərdə tutulub.