146
logo

"Ağdamlı şagirdlərin elektromexanika mühəndisliyi dərnəyi" adlı layihənin bağlanış mərasimi keçirilib

  • Cümə axşamı 12 Yanvar 2023



Yanvarın 10-da Təhsildə inkişaf və innovasiyalar üzrə VI  qrant müsabiqəsinin qalibi olmuş "Ağdamlı şagirdlərin elektromexanika mühəndisliyi dərnəyi" adlı layihənin bağlanış mərasimi keçirilib. 

Tədbirdə Təhsil sektorunun nümayəndələri,  məktəb direktorları, valideynlər,  müəllimlər və şagirdlər iştirak edib.

Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra layihə rəhbəri Rəqşanə Məmmədova görülən işləri və uğurları tədbir iştirakçılarının diqqətinə çatdırıb, layihə barədə hazırlanmış video hesabat nümayiş olunub.

Bundan əlavə, layihə boyunca şagirdlərin hazırladıqları əl işləri sərgilənmiş, iş mexanizmi nümayiş etdirilib.

Tədbirin yekununda layihəni uğurla bitirən şagirdlərə sertifikat və təşəkkürnamə verilib, TOT təlimində iştirak etmiş müəllimlərə diplomlar təqdim olunub.