"Ruhun gözəliyini birlikdə görək" layihə çərçivəsində keçirilən təlimlər yekunlaşıb
VI qrant müsabiqəsində qalib olmuş "Ruhun gözəliyini birlikdə görək" layihə çərçivəsində keçirilən təlimlər sona çatıb.
Təlimdə Ucar və Göyçay rayonlarından olan müxtəlif fənlər üzrə SİM uşaqlara dərs deyən 81 nəfər müəllim iştirak edib.
Layihə çərçivəsində psixoloq və loqoped tərəfindən hər iki rayon müəllimlərinə 42 saatlıq təlimlər keçirilib. Təlimlərin sonunda müəllimlərlə yekun qiymətləndirmə aparılıb və fəal iştiraklarına görə sertifikatlar verilib.
Hazırda layihədə nəzərdə tutulmuş ikinci mərhələ üzrə işlər, yəni evdə və xüsusi təhsil sinfinə cəlb edilmiş SİM uşaqların yaradıcı qabiliyyətlərinin üzə çıxarılması yekunlaşmaqdadır.
Qeyd edək ki, dörd aylıq nəzərdə tutulmuş layihə 27 yanvarda bitir.