""Rəqəmsal aqronomlar" şagird düşərgəsi" layihəsinin bağlanış mərasimi
Cəlilabadda Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsinin qalib layihələrindən olan ""Rəqəmsal aqronomlar" şagird düşərgəsi" layihəsinin bağlanış mərasimi keçirilib.
Tədbir Cəlilabad rayonu Zərifə Əliyeva adına 7 nömrəli tam orta məktəbin akt zalında baş tutub.
Tədbirdə Cəlilabad Rayon Gənclər və İdman İdarəsinin rəhbəri, məktəb direktorları, pedaqoji heyət, , şagirdlər və valideynlər iştirak edib.
Tədbirin açılışında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və ərazi bütövlüyümüz uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Əvvəlcə tədbir iştirakçıları layihədə iştirak etmiş şagirdlərin hazırladıqları dron maketləri və digər əl işlərindən ibarət sərgi ilə tanış olublar.
Sərgidən sonra Elçin Abbasov rəhbəri olduğu layihənin fəaliyyətinə dair geniş təqdimat edib, layihənin icrası prosesində görülən işlərdən danışıb.
Daha sonra qonaqlara söz verilib. Cəlilabad Rayon Gənclər və İdman idarəsinin rəisi Elçin Hüseynov, Cəlilabad rayon Alar kənd H.Əliyev adına 1 nömrəli tam orta məktəbin direktoru Nazim Əsgərov, Cəlilabad rayon Alar kənd 2 nömrəli tam orta məktəbin direktoru Tahir Əsgərov, layihənin eksperti Gülər Bayramova, layihədə iştirak edən şagirdlərin valideynlərindən Fərid Əliyev və digərləri çıxış edərək layihənin şagirdlərə maraqlı və faydalı olmasından, kənd təsərrüfatında tətbiqlərinin səmərəsindən danışıblar.
Tədbirin sonunda layihədə fəal iştirak edən şagirdlərə sertifikatlar, "Ən yaxşı dron dizaynı" müsabiqəsinin qaliblərinə diplomlar, "STEAM Azərbaycan Festivalı"nda iştirak edən şagirdlərə Fəxri fərmanlar təqdim edilib. Eləcə də layihənin icrası müddətində müxtəlif istiqamətlərdə dəstək göstərmiş müəllimlər təşəkkürnamə ilə təltif olunublar.