146
logo

Dünəni dəyişə bilməsək də, sabahı qazanmaq öz əlimizdədir

  • Bazar ertəsi 23 Yanvar 2023

Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsində qalib olmuş Gəncə şəhər 45 nömrəli xüsusi məktəbin "Dünəni dəyişə bilməsək də, sabahı qazanmaq öz əlimizdədir" adlı layihəsi çərçivəsində nəzərdə tutulan "Özel eğitim uykulamaları" adlı 3 günlük təlim həyata keçirilib.

Təlim üçün İstanbul İl Milli Eğitim Müdürlüğdən uzman Seda Karakaşoğlu dəvət olunub.

Qeyd edək ki, layihənin məqsədi sağlamlıq imkanları məhdud şagirdlər üçün əyani vəsaitlərdən istifadə etməklə daha səmərəli dərs mühitinin yaradılmasıdır.

Layihə müddətində 4 ay ərzində Gəncə şəhəri 45 nömrəli xüsusi məktəbdə 20 müəllim üçün əyani vəsaitlərdən istifadə edərək bacarıqlarının təmin edilməsini və artırılmasını, müəllimlərin əyani vəsaitlərdən düzgün istifadəsini təmin etmək üçün təlimlərin keçirilməsi,  əldə edilmiş vəsaitlərdən istifadə edərək 5 açıq dərsin təşkili hədəf kimi qarşıya qoyulub və icra edilib.