146
logo

"Virtual aləmə səyahət klubu" layihəsinin icrası sona çatıb

  • Çərşənbə 8 Fevral 2023



"Virtual aləmə səyahət klubu" layihəsinin bağlanış mərasimi keçirilib.

Mərasimdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşı Mövlan Yusupov, idarənin İnkişaf Layihələri üzrə sektorunun baş məsləhətçisi Sevinc Əzimova, Azərbaycan Texniki Unversitetinin rəqəmsallaşma və layihələr üzrə prorektoru Rəşad Əliyev, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İctimaiyyətlə əlaqələr üzrə meneceri  və İctimai televiziyada yayımlanan “itvtech” verilişinin  aparıcısı Vüsalə Səid Əyyubqızı,  professor Zahid Xəlil və digər qonaqlar iştirak ediblər.
 
Layihənin başlıca məqsədi VR yeni və daha maraqlı öyrənmə üsulları təqdim etməklə şagirdləri daha innovativ və ağıllı ideyalar təklif etməyə, yaradıcılığa həvəsləndirməyə sövq etməklə müasir texnologiyalardan tədris mühitində səmərəli istifadəyə istiqamətləndirmək, istedad və qabiliyyətlərini daha müasir avadanlıq və texnologiyanın tətbiqi ilə müəyyənləşdirməkdən ibarətdir.