146
logo

Khan Academy ilə gələcəyin adamı ol!

  • Çərşənbə axşamı 14 Fevral 2023



İnformasiya texnologiyaları sahəsində əldə olunan elmi nailiyyətlər XXI əsrin əvvəllərində fərdi təhsil konsepsiyasını (Personal Learning) inkişaf etdirib. Artıq dünyanın bir çox ölkələrinin   təhsil müəssisələrində təhsilin fərdiləşdirilməsi üçün sosial şəbəkələr geniş tətbiq edilir. Ənənəvi standart öyrənmə mühiti orta göstəriciləri olan şagirdlər üçün  üçün nəzərdə tutulub. Bununla belə, hamımız bir-birimizdən çox fərqliyik. Təhsil sistemindəki standartlaşdırma fərqlərimizə cavab vermədiyi üçün çoxumuz öz potensialımızı yerinə yetirmirik. Məhz bu  göstəricilərdən yola çıxaraq 2008-ci ilin sonunda və 2009-cu ilin əvvəllərində yaratdığı Khan Academy ilə Salman Khan dünyada virtual təhsil üzrə ən geniş resursa və istifadəçiyə sahib olmuşdur.

Khan Academy-nin artıq 20 ölkədən çox təmsilçiliyi vardır. Bu geniş virtual məktəbi yaratmaqda Salman Khan məqsədini dünyada xərc çəkmədən və ya xərclərin produktivliyinin artırılması ilə qlobal resurs yaratmaq və bunu yaymaq olmuşdur.

23 dildə və müxtəlif fənnlərdən ibarət resursa malik olan bu internet resursu youtube-da 3000-dən çox videodərsə malikdir. Hər ay bu videolardan və resursdan təqribən 8 milyon istifadəçi faydalanır. Videodərslərin ümumi baxış sayı 300 mln-u keçib artıq. Resurslardan istifadə isə tamamilə pulsuzdur. Belə bir geniş virtual məktəb həqiqətən “inqilab” kimi dəyərləndirilməlidir.

“Khan Academy  ilə gələcəyin adamı ol!” layihəsi  şagirdlərdə  Khan Academy resurslarından istifadə bacarıqlarını artırmaq,  müstəqil öyrənmə vərdişləri aşılmaq əzmindədir.

Xatırladaq ki, layihənin məqsədi şagirdlərdə yeni  düşüncə tərzinin formalaşdırılması, beynəlxalq aləmdə qəbul olunmuş elektron resursların tətbiqi ilə daha motivasiyalı, müstəqil öyrənmə mühiti vasitəsi tədrisinin təşkilinə nail olmaqdır.

Khan Academy-nin  təklif etdiyi müxtəlif bölmələr üzrə resurslar  şagirdlərin ümumi dünyagörüşünü artıracaq, zəngin təcrübə və biliklər qazanmış olcaqlar. Bu layihə vasitəsi ilə saytın geniş imkanlarından  dərs prosesi və ya dərsdənkənar məşgələ zamanı istifadə nəzərdə  tutulsa da, əminik ki, şagirdlər dərsdən sonrakı vaxtlarında saytın digər bölmələrində  təklif olunan materiallardan  da istifadə edəcəklər.

Virtual məktəbin bir üstün cəhəti də valideynlər üçün səhifənin- öyrənmə platformasının olmasıdır. Valideynin öz övladı ilə birgə öyrənməsi şagird üçün bu prosesi daha da maraqlı edəcək ki, bu da özünü onun yüksələn xətlə müşahidə olunan akademik göstəricilərində göstərəcək.